Yuxarı

​Azərbaycan Rusiyadan yeni PD-14 mühərrikli təyyarələr almaqda maraqlıdır

PD-14 üzrə sifariş portfeli 300 ədəd təşkil edir

Bakı. 29 Avqust. REPORT.AZ/ Rusiyanın ən yeni PD-14 mühərrikləri üçün edilən kommersiya və dövlət sifarişlərinin portfeli 300 ədəd təşkil edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə PD-14 mühərriklərinin istehsalı üzrə baş podratçı "Perm mühərrik zavodu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

MAKS-2015 aviasalonunun mətbuat xidmətinin məlumatına görə, PD-14 mühərrikli təyyarələrdə yerli kommersiya və dövlət şirkətləri ilə yanaşı xarici sifarişçilər də maraqlanır. Onların sırasında Azərbaycan, Kuba və Hindistan da var.

PD-14 üçün sertifikatın 2017-ci ildə alınması planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi