Yuxarı

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb

2019-cu ildə Azərbaycan və Rusiya arasında ümumi dəyəri 3 022,046 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci illə  müqayisədə 471,14 milyon dollar və yaxud 18,5% çoxdur.

Ötən il iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 9,1%-nə bərabər olub.

Hesabat dövründə Azərbaycanın Rusiyaya icracının dəyəri 731,826 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 66,085 milyon dollar və yaxud 9,9% çoxdur.

Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 2 290,22 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 405,055 milyon dollar və yaxud 21,5% çoxdur.

Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,7%-nə, idxaldakı payı isə ümumi idxalın 16,8%-nə bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi