Azərbaycan rəqəmsal ticarətdə vergiqoymanı dəyişəcək

Azərbaycan rəqəmsal ticarətdə vergiqoymanı dəyişəcək "Tax free"nin tətbiq olunduğu son iki ayda 104 min manata qədər ƏDV qaytarılıb
Biznes
10 Avqust , 2016 11:47
Azərbaycan rəqəmsal ticarətdə vergiqoymanı dəyişəcək

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb edilməsi və transfer qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub. 

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev deyib: "BMT və iqtisadi əməkdaşlıq təşkilatlarının transfer qiymətləri ilə bağlı müəyyən qaydaları var və biz bu təcrübədən yararlanacağıq".

Nazir müavini deyib ki, "Tax free"nin bütün sərhəd keçid məntəqələrində tətbiqi planlaşdırılır: "İyundan "Tax free" tətbiq edilib. Bu günə olan məlumata görə, artıq 45 minə yaxın şəxsə 104 min manata qədər ƏDV qaytarılıb. Bu isə dövriyyənin 2 mln. manat olduğunu göstərir".

İ.Vəliyev deyib ki, vergi sisteminin differensiallaşdırılması ƏDV-nin azalmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi