Yuxarı
    Bağlamaq

    Azərbaycan qeyri-neft məhsullarının ixracını 7% artırıb

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

    Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycandan 264,9 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,1%, real ifadədə isə 7% çoxdur.

    Son 1 ildə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4%, təzə tərəvəz ixracı 95%, tütün ixracı 35,4%, çay ixracı 44,4%, meyvə və tərəvəz şirələri ixracı 47,3%, təbii üzüm şərabları və üzüm suslosu ixracı 16,3%, meyvə və tərəvəz konservləri ixracı 27,6%, kartof ixracı 33,5%, polietilen ixracı 0,4%, pambıq lifi ixracı 6,6 dəfə, bentonit gili ixracı 3,4 dəfə artıb, şəkər ixracı 3,5%, bitki yağları ixracı 14%, marqarin, qida üçün yararlı digər qarışıqlar ixracı 43,8%, emal olunmamış alüminium ixracı 29,0%, qara metallardan borular ixracı 17,8%, pambıq ipliyi ixracı 20,1%, qara metallardan yarımfabrikatlar ixracı 93,1% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi