Yuxarı

Azərbaycan qeyri-neft məhsullarının ixracını 16% artırıb

Azərbaycan rezidentləri yanvar-iyun aylarında 138 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanın rezidentləri 138 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 88 ölkəyə əmtəə ixrac olunub, 123 ölkədən idxal olunub. Belə ki, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 25-i Amerika, 41-i Asiya ölkələri və digərləridir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 13 891,6 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 9 193,0 mln. dollar, idxal 4 698,6 mln. dollar təşkil edib, nəticədə 4 494,4 mln. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 870,6 mln. dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi