Azərbaycan qeyri-neft ixracını 18% artırıb

Azərbaycan qeyri-neft ixracını 18% artırıb Bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının dəyəri 8,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard dollar və yaxud 17% çoxdur.
Biznes
28 İyun , 2019 16:02
Azərbaycan qeyri-neft ixracını 18% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının dəyəri 8,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard dollar və yaxud 17% çoxdur. 

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında bildirilir. 

Məlumata görə, ixracın 787 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 119 milyon dollar və yaxud 18% çoxdur. 

5 ay ərzində Rusiyaya 261,2 milyon dollar, Türkiyəyə 180,8 milyon dollar, Gürcüstana 76,9 milyon dollar, İsveçrəyə 52,9 milyon dollar, İtaliyaya isə 28,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Son 1 ildə qeyri-neft ixracı Rusiyaya 17%, Türkiyəyə 17,2%, Gürcüstana 16,7%, İtaliyaya isə 2,3 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi