Yuxarı

​Azərbaycan Qazaxıstandan dəmiryolu relsləri alacaq

Uzunluğu 120 metr olan relslər yüksək möhkəmliyə malikdir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Qazaxıstandan dəmiryolu relsləri almağı planlaşdırır.

"Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli "Aktobe relstiri zavodu" MMC-nin baş direktoru Andrey Kuzmin məlumat verib.

O yeni istifadəyə verilən zavodda uzunluğu 120 metr olan yüksək möhkəmliyə malik relslərin istehsal olunacağını bildirib:

"Biz, həmçinin tir, şveller, guşələr, inşaatçılar üçün profillər buraxacağıq. İlk növbədə Qazaxıstan Dəmir Yolları, yerli tikinti şirkətlərinin tələbatını ödəyəcəyik, qalan məhsulu ixraca göndərəcəyik. Bizdən Azərbaycan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Belarus rels alacaq. Zavodun layihə gücü ildə 430 min tondur. Zavodda İtaliya istehsalı olan avadanlıqlar quraşdırılıb", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi