Bakı. 14 mart. REPORT.AZ/ Qazaxıstan 2015-ci ilin yanvar ayında 194,5 min ton buğda, buğda qarışığı və çovdar ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 48,9% azdır.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.
MDB ölkələrinə 154,7 min ton buğda ixrac olunub ki, bunun da 2,1 min tonu Azərbaycana, 28,6 min tonu Qırğızıstana, 46,9 min tonu Tacikistana və 77 min tonu Özbəkistana ixrac olunub.