Yuxarı
    Bağlamaq

    Azərbaycan özünüməşğulluq proqramını genişləndirir

    © Report — İqtisadiyyat naziri Şahin Mustafayev

    Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. 

    "Report"un verdiyi xəbərə görə, bu barədə parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

    Nazir qeyd edib ki, gələn il aqrar sektorda 6,2% artım gözlənilir: "Aqroparklardakı işlər üçün 133 mln. manat dövlət investisiyası olmaqla 219 mln. manat vəsait ayrılıb".

    Ş.Mustafayev əlavə edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7%, turizm sahəsində 6,6%, nəqliyyat sektorunda isə 2,5% artım proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi