Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycandan spirtli içkilərin ixracında illik mənfi dinamika müşahidə edilib.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı il ərzində 18 731,30 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilə nisbətən 7 098,17 min dollar yaxud 27,48% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,2%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 58 428,55 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci illə müqayisədə 4 870,49 min dollar və ya 7,69% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,67% təşkil edib.