Yuxarı

Azərbaycan ötən il qeyri-neft ixracını 16% artırıb

Azərbaycan ötən il qeyri-neft ixracını 16% artırıb

2019-cu ildə Azərbaycan qeyri-neft sektoru üzrə 1,954 milyard ABŞ dolları dəyərində mal ixrac edib. 

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir. 

Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 15,7% çoxdur. 

Ötən il Rusiyaya 690,6 milyon dollar, Türkiyəyə 401,8 milyon dollar, İsveçrəyə 179 milyon dollar, Gürcüstana 159,1 milyon dollar, Ukraynaya isə 50,6 milyon dollar dəyərində qeyri-neft malı ixrac olunub. Əvvəlki ilə nisbətən Rusiyaya qeyri-neft ixracı 11,5%, Türkiyəyə 16,5%, İsveçrəyə 32,2%, Gürcüstana 27,8% və Ukraynaya isə 24,6% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi