Azərbaycan ötən il avtomobil idxalını 58% azaldıb

Azərbaycan ötən il avtomobil idxalını 58% azaldıb Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinın idxalı isə 31% azalıb
Biznes
22 Yanvar , 2016 11:07
Azərbaycan ötən il avtomobil idxalını 58% azaldıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycana 26 785 ədəd avtomobil idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2014-cü illə müqayisədə 36 583 ədəd yaxud 57,73% azdır.

Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 471 ədəd yaxud 1,4 dəfə artaraq 816 ədəd olub.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 33 850 ədəd yaxud 58,75% azalaraq 23 765 ədədə düşüb.

DGK-nın açıqlamasında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2014-cü ilə nisbətən 3 093 ədəd yaxud 61,20% azalaraq 1 961 ədədə çatıb.

Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2014-cü ilə nisbətən 2015-ci ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxalı 111 ədəd yaxud 31,36% azalaraq 243 ədədə bərabər olub.

Son xəbərlər

Orphus sistemi