Azərbaycan ​ofşor şirkətlərə nəzarəti gücləndirir

Azərbaycan ​ofşor şirkətlərə nəzarəti gücləndirir İlkin Vəliyev: "Qarşılıqlı olaraq həmin ölkələrdən Azərbaycanla bağlı şirkətlər barədə məlumatları alırıq"
Biznes
10 Avqust , 2016 11:41
Azərbaycan ​ofşor şirkətlərə nəzarəti gücləndirir

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan hökuməti ofşor zonalarda ölkəmizlə bağlı şirkətlərə nəzarəti gücləndirəcək. “Report” xəbər xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla bir sıra ölkələr arasında əməkdaşlığa dair beynəlxalq sazişlər mövcuddur və onların sayının daha da artırılması nəzərdə tutulub: “Biz digər ölkələrə onlarla bağlı müəssisələr barədə məlumatlar veririk. Eyni zamanda, qarşılıqlı olaraq həmin ölkələrdən Azərbaycanla bağlı şirkətlər barədə məlumatları alırıq. Bu cür beynəlxalq müqavilələrin çərçivəsinin genişləndirilməsi planlaşdırılır və bu, bizə ofşor zonalarda Azərbaycanla bağlı şirkətlərə nəzarəti gücləndirməyə imkan verəcək”.

Son xəbərlər

Orphus sistemi