Yuxarı
    Bağlamaq

    Azərbaycan nümayəndə heyəti Xəzəryanı dövlətlərin Ticarət-Sənaye Palataları Şurasının iclasında iştirak edib

    İclasda Ənzəli-Rəşt-Astara dəmir yolu layihəsinin əhəmiyyəti vurğulanıb

    Bakı. 1 may. REPORT.AZ/ İranın Bəndər Ənzəli şəhərində Xəzəryanı dövlətlərin Ticarət-Sənaye, Sənaye və Kommersiya Palataları Şurasının 15-ci iclası keçirilib.

    İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin "Report"a bildirib ki, iclasın məqsədi 5 Xəzəryanı ölkənin sənaye potensialı ilə tanışlıq, münasibətlərin qurulması, eləcə də ötən iclasın yekunlarının vurulmasıdır. 

    Görüş zamanı, həmçinin Ənzəli-Rəşt-Astara dəmir yolu layihəsi müzakirə olunub. Xəzər hövzəsi ölkələri arasında əmtəə dövriyyəsinin artırılması üçün bu layihənin tikintisinin əhəmiyyəti vurğulanıb. 

    Qeyd edək ki, iclasda Niyaz Əlizadənin rəhbərlik etdiyi Azərbaycan Ticarət-Sənaye palatasının nümayəndə heyəti iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi