Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir

Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir Səfər çərçivəsində Ərdəbil və Urmiyada biznes forumları təşkil ediləcək
Biznes
21 Fevral , 2017 13:06
Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir

Bakı. 21 fevral. REPORT.AZ/ Sabah Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq. Eyni zamanda, bir sıra ikitərəfli görüşlər keçiriləcək, Ərdəbil və Urmiyada biznes forumları təşkil ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olacaq.

Son xəbərlər

Orphus sistemi