Bakı. 9 may. REPORT.AZ/ "Hazırda Azərbaycan Niderland şirkətindən yedəkçi gəmilərin təyinatı və pilot gəmilərin təchizatı barədə danışıqlar aparır".
Bunu "Report"a açıqlamasında "Damen Shipyards GORİNCHEM" beynəlxalq şirkətinin satış meneceri Peter Ansems deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bir sıra layihələrin üzərində iş həyata keçirilir: "Azərbaycanla yedəkçi gəmilərin təyinatı, həmçinin pilot gəmilərlə bağlı Bakı Limanı və digər terminallarla danışıqlar aparılır".