Azərbaycan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş olunur

Azərbaycan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş olunur Rusiyanın paytaxtı Moskvada “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisi açılıb.
Biznes
24 Sentyabr , 2019 11:21
Azərbaycan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş olunur

Rusiyanın paytaxtı Moskvada “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisi açılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur.

Ümumilikdə isə, “Worldfood Moscow 2019” sərgisində dünyanın 65 ölkəsindən müxtəlif şirkətlər iştirak edir.

Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir “Worldfood Moscow” sərgisində tərəfdaş ölkə kimi çıxış edir.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi