Yuxarı

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq
Dinlə

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. 

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılağı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülən işlərin önəmi, “Made in Azerbaijan” brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “Sial Paris” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi