Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Berlində (Almaniya) "Fruit Logistica" meyvə-tərəvəz sərgisi işə başlayıb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, fevralın 9-na qədər davam edəcək sərgidə dünyanın 80-dən çox ölkəsindən olan 3 mindən çox şirkətin məhsulları nümayiş olunur. Sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsullarının olduğu vahid ölkə stendi də var.
Qeyd edək ki, "Fruit Logistica" sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, Sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.