Yuxarı

​Azərbaycan Malayziyada keçiriləcək beynəlxalq sərgilərdə iştirak edəcək

Sözügedən ölkədə ilin birinci yarısında 4 sərgi keçiriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Malayziyada bu ilin birinci yarısında bir sıra sərgilər keçiriləcək. “Report” Azpromo-ya istinadən bildirir ki, azərbaycanlı iş adamları bu sərgilərə dəvətlidir.

“Malayziya Beynəlxalq mebel sərgisi” (Malaysia International Furniture Fair - MIFF 2016) sərgi martın 1-5-dək, “Malayziya Beynəlxalq Halal Vitrin” Sərgisi (Malaysian International Halal Showcase - МІНAS 2016) - Ümumdünya Halal Sammiti (World Halal Summit) martın 30-dan, aprelin 2-nə qədər, “27-ci Beynəlxalq İnnovasiya və İxtira Sərgisi” (27th International İnverntion & Innovation Exhibition - ITEX 2016) mayın 12-14-dək, “22-ci ASEAN Beynəlxalq dəzgahlar və metal texnologiyalar sərgisi” (The 22 nd Asean International Machine Tools & Metalworking Technology Exhibition) isə mayın 25-28-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi