Azərbaycan lüks avtomobillərin idxalına aksizləri artıra bilər - YENİLƏNİB

Azərbaycan lüks avtomobillərin idxalına aksizləri artıra bilər - YENİLƏNİB İdarə rəisi: "Həmçinin, xəz-dəri məmulatlarının aksiz vergisinə cəlb olunması zəruridir"
Biznes
14 Dekabr , 2016 18:15
Azərbaycan lüks avtomobillərin idxalına aksizləri artıra bilər - YENİLƏNİB

İlk xəbər saat 14:03-də verilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda lüks avtonəqliyyat vasitələrinə idxal aksizinin artırılması təklif olunur. 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Maliyyə, tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov Milli Məclisin bugünkü komitə iclasında bildirib: "Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin ölkəyə idxalı 82% azalıb".

"Avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiqi önəmli hallardan biriidir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumiliilkdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin sayı 82% azalıb. Belə ki, keçən ilin 11 ayında 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdursa, bu il idxal 4 800-dən bir qədər çox olub. O cümlədən, vergi 94,5 mln. manat az toplanıb", - deyə İdarə rəisi qeyd edib.

Hazırda Azərbaycan ərazisində 2 mln.-a yaxın avtonəqliyyat vasitəsinin olduğunu deyən M.Vahabov mühərrikinin həcmi daha yüksək olan lüks avtomobillər üçün aksizlərin artırılmasını vacib sayır: "Ötən ilin 11 ayında 5 000-dən yuxarı mühərrikinin həcmi yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 ədəd idisə, onun da 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə gətirilib, 2016-cı ilin 11 ayında 198 ədəd lüks avtomobil idxal olunub (1 ədədi - güzəştli qaydada). Deməli, imkan var. Həmçinin, xəz-dəri məmulatlarının aksiz vergisinə cəlb olunması zəruridir. Ölkələr var ki, xalça məmulatlarını aksiz vergisinə cəlb edir. Bu gün istehlak bazarında kifayət qədər xəz-dəri məmulatları var. Ona görə də aksiz vergisinə cəlb edilməsi vacibdir".

Vergitutma obyektinin adı Aksiz dərəcəsi
(qüvvədə olan)
Aksiz dərəcəsi
(təklif edilən)
Minik avtomobilləri:
mühərrikin həcmi
2000 kubsantimetrədək olduqda
Mühərrikin həcminin hər kubsantimetrinə
görə - 0,20 manat
Mühərrikin həcminin
 hər kubsantimetrinə görə - 0,20 manat
mühərrikin həcmi
3000 kubsantimetrədək olduqda
400 manat + mühərrikin həcminin
2001-3000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 1,5 manat
400 manat + mühərrikin həcminin
2001-3000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 3 manat
mühərrikin həcmi
4000 kubsantimetrədək olduqda
1900 manat + mühərrikin həcminin
3001-4000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 4 manat
3400 manat + mühərrikin həcminin
3001-4000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 8 manat
mühərrikin həcmi
5000 kubsantimetrədək olduqda
5900 manat + mühərrikin həcminin
4001-5000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 8 manat
11 400 manat + mühərrikin həcminin
4001-5000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 20 manat
mühərrikin həcmi
5000 kubsantimetrdən çox olduqda
13900 manat + mühərrikin həcminin
5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat
31 400 manat + mühərrikin həcminin
5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 40 manat
İstirahət və ya idman üçün yaxtalar və
bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr
Mühərrikin həcminin hər kubsantimetrinə
görə - 3 manat
Mühərrikin həcminin hər kubsantimetrinə
görə - 6 manat

Son xəbərlər

Orphus sistemi