Yuxarı

​Azərbaycan-Litva işgüzar görüşü keçirilib

Sənaye, qida, energetika kimi sahələrdə fəaliyyət göstərən Litva şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Litva şirkətlərinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən bildirir ki, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və litvalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas Azərbaycan-Litva iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, litvalı iş adamlarının sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb, iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüşdə sənaye, qida, energetika, tikinti kimi sahələrdə fəaliyyət göstərən Litva şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi