Yuxarı

Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb

Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb
Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası biznes-forumunda 3 anlaşma memorandumu imzalanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb.

"Report" xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə KƏŞ ölkələri Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu, "Azpromo" ilə Səudiyyə Ərəbistanının Yanbu şəhəri Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu, habelə Azərbaycan Standartlaşma İnstitutu və KƏŞ Standartlaşdırma Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi