Azərbaycan ixracatçıları gələn il Almaniya, Rusiya, BƏƏ və Çində sərgilərdə iştirak edəcəklər

Azərbaycan ixracatçıları gələn il Almaniya, Rusiya, BƏƏ və Çində sərgilərdə iştirak edəcəklər Bakı. 18 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycan ixracatçıları Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çində keçirləcək beynəlxalq sərgilərdə iştirak edəcəklər.
Biznes
18 Dekabr , 2017 12:12
Azərbaycan ixracatçıları gələn il Almaniya, Rusiya, BƏƏ və Çində sərgilərdə iştirak edəcəklər

Bakı. 18 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycan ixracatçıları Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çində keçirləcək beynəlxalq sərgilərdə iştirak edəcəklər.

"Report" xəbər verir ki, bunu 3-7 dekabr tarixlərində BƏƏ və Səudiyyə Ərəbistanına təşkil edilən ixrac missiyasının yekunlarına həsr edilmiş mətbuat konfransında "Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev deyib.

Y.Abdullayevin sözlərinə görə, hər bir sərgidə 20-dən artıq şirkətin iştirak etməsi gözlənilir: “2018-ci ilin fevralında Almaniyada keçiriləcək meyvə-tərəvəz sərgisində 104 kv. metrlik vahid ölkə stendi ilə 10-dan çox şirkətin iştirakı gözlənilir. Fevralda Moskvada keçiriləcək “ProdExpo” sərgisində ölkəmizi 20 şirkət təmsil edəcək. Sərgidə ölkə stendi 185 kv. metr ərazini əhatə edəcək. Fevralın sonunda BƏƏ-də keçiriləcək “Gulfood” sərgisində də 20-dən artıq şirkəti 170 kv. metrlik ölkə stendimizdə toplayacağıq”.

"Azpromo" rəsmisi deyib ki, bu il ərzində ixrac missiyaları çərçivəsində 20-dən çox müqavilə imzalanıb və onlardan 10-u artıq işləkdir.

Son xəbərlər

Orphus sistemi