Azərbaycan ixrac missiyası Pakistandadır

Azərbaycan ixrac missiyası Pakistandadır İxrac missiyası bu gün Lahor şəhərində olacaq
Biznes
10 Fevral , 2017 17:04
Azərbaycan ixrac missiyası Pakistandadır

Bakı. 10 fevral. REPORT.AZ/ Pakistanda səfərdə olan Azərbaycanın ixrac missiyası səfərin ilk günü İslamabad şəhərində bu ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazilriyindən "Report"a bildirilib ki, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması tədbirləri, Azərbaycanda biznes və investisiya mühiti, ixracyönümlü və rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verilib. Bununla belə, 70-dən çox Pakistan şirkətinin iştirak etdiyi görüşdə iki ölkənin şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Pakistana ixrac imkanlarına dair müzakirələr aparılıb.

Ravalpindi şəhərində isə Azərbaycan şirkətlərinin mümayəndələri 40-dan çox yerli şirkətin təmsilçilərinə Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verib, müzakirələr aparılıb.

İxrac missiyasına Azərbaycanda meyvə-tərəvəz, meyvə şirələri, təbii mineral sular, şəkər və qənnadı məmulatları, mebel və digər sənaye məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi daxildir.

İxrac missiyası bu gün Lahor şəhərində olacaq, Pakistan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi