Yuxarı

Azərbaycan istehsalı olan “Xəzər” avtomobillərinin satışına başlanıb

Azərbaycan istehsalı olan “Xəzər” avtomobillərinin satışına başlanıb 1750
Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi