Azərbaycan iş adamları Serbiyaya dəvət olunub

Azərbaycan iş adamları Serbiyaya dəvət olunub Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri Priboy na-Limu şəhərinin rəhbərliyi ilə görüşüb
Biznes
14 Noyabr , 2015 12:33
Azərbaycan iş adamları Serbiyaya dəvət olunub

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları və Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri bu ölkənin Priboy na-Limu şəhərinin rəhbərliyi ilə görüşüblər.

"Report"un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən verdiyi xəbərə görə, görüş zamanı Priboy na-Limu şəhərinin investisiya imkanları, о cümlədən Sənaye Parkı (Priboy azad iqtisadi zonası) barədə məlumat verilib. Əməkdaşlıqda maraqlı olan işgüzar dairələr AZPROMO-ya müraciət edə bilərlər.

Bundan başqa, Tunis şirkəti ərik tumunun əldə edilməsi ilə bağlı Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən iş adamları ilə işgüzar əlaqələrin yaradılmasında maraqlıdır. Şirkətin təklifi haqqında daha ətraflı məlumatı AZPROMO-dan əldə edtmək olar.

Son xəbərlər

Orphus sistemi