Yuxarı
    Bağlamaq

    Azərbaycan ilin sonunadək 5 ixrac missiyası təşkil edəcək

    Rüfət Məmmədovun sözlərinə görə, bəzi ölkələrə iki ixrac missiyası həyata keçirilə bilər© Report.az

    Bakı. 5 may. REPORT.AZ/ "Bu ilin sonunadək Azərbaycandan 5 ixrac missiyası həyata keçirməyi planlaşdırırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov deyib.

    R.Məmmədovun sözlərinə görə, bəzi ölkələrə iki ixrac missiyası həyata keçirilə bilər: "Sentyabrda Rusiyaya, oktyabrda Çinə, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları planlaşdırılır. Çin və Rusiya böyük ölkələr olduğu üçün, bu ölkələrə iki ixrac missiyası təşkil oluna bilər".

    "Azpromo" rəsmisi deyib ki, ixracı təşviq edilən məhsulların siyahısının genişləndirilməsi də planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi