Azərbaycan içki ixracını azaldıb

Azərbaycan içki ixracını azaldıb Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,21%-ni təşkil edib
Biznes
24 Sentyabr , 2016 15:32
Azərbaycan içki ixracını azaldıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. 

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin ilk 8 ayında 12 052,95 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 344,75 min dollar yaxud 26,5% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,21%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 39 351,09 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8 550,19 min dollar və ya 17,85% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,71% təşkil edib.

Son xəbərlər

Orphus sistemi