Azərbaycan içki ixracını 44% azaldıb

Azərbaycan içki ixracını 44% azaldıb Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 8 064,71 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.
Biznes
23 Avqust , 2018 13:15
Azərbaycan içki ixracını 44% azaldıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 8 064,71 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 358,38 min dollar və yaxud 44,09% azdır.

Bu ilin ilk yarısında içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 48 646,40 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 9 867,88 min dollar və yaxud 25,45% çoxdur.

Son xəbərlər

Orphus sistemi