Azərbaycan içki istehsalını artırıb, ixracı isə azaldıb

Azərbaycan içki istehsalını artırıb, ixracı isə azaldıb Azərbaycanda bu il araq, şampan və üzüm şərabının istehsalı azalıb
Biznes
20 Mart , 2015 14:49
Azərbaycan içki istehsalını artırıb, ixracı isə azaldıb

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycanda içki istehsalı illik müqayisədə 1,5% artaraq 2015-ci ilin yanvar-fevral ayları ərzində 16,7 mln. manata çatıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-fevral ayları rəzində ölkədə 2 705,6 min dekalitr içki istehsal olunub. İstehsalın 2 050,5 min dkl-i alkoqolsuz içkilərin payına düşüb. Alkoqolsuz içki istehsalında illik 4% azalma qeydə alınıb. Bu müddət ərzində konyak istehsalı 89,7% artaraq 14,8 min dkl, pivə 36,9% artaraq 448,8 min dkl, likör 10,6% artaraq 16,7 min dkl olub. Əksinə, şampan şərabının istehsalı 87% azalaraq 0,3 min dkl, araq 4,7% azalaraq 98,2 min dkl, üzüm şərabı 38,5% azalaraq 76,3 min dkl təşkil edib.

Bildirək ki, içki istehsalında bir işçinin orta aylıq əmək haqqı illik 9,5% artaraq cari il yanvar ayı ərzində 484,9 manata çatıb.

Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, Azərbaycandan spirtli və spirtsiz içki ixracı illik 13,54% azalaraq cari il yanvar-fevral ayları ərzində 2,6 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi