Azərbaycan içki idxalını 2 dəfə artırıb

Azərbaycan içki idxalını 2 dəfə artırıb Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib
Biznes
25 Mart , 2017 10:19
Azərbaycan içki idxalını 2 dəfə artırıb

Bakı. 25 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında müsbət dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, 2017-ci ilin ilk iki ayında 2 898,07 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 913,93 min dollar yaxud 46,06% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib.

Komitədən bildirilib ki, iki ay ərzində Azərbaycana ümumilikdə 5 673,79 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 581,45 min dollar və ya 83,48% (1,8 dəfə) çoxdur. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,58% təşkil edib.

Son xəbərlər

Orphus sistemi