Azərbaycan içki idxalını 19% artırıb

Azərbaycan içki idxalını 19% artırıb Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,9%-lik paya malik olub
Biznes
23 Sentyabr , 2017 16:23
Azərbaycan içki idxalını 19% artırıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan 5,476 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,423 mln. dollar və yaxud 28,4% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

2017-ci ilin ilk 8 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 46,674 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 7,323 mln. dollar və yaxud 18,6% çoxdur.

Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,9%-lik paya malik olub.

Son xəbərlər

Orphus sistemi