Azərbaycan İxracatçılar Klubunun logistika və sertifikatlaşdırma üzrə işçi qruplarının görüşü keçirilib

Azərbaycan İxracatçılar Klubunun logistika və sertifikatlaşdırma üzrə işçi qruplarının görüşü keçirilib Tədbirdə 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib
Biznes
25 İyun , 2015 14:57
Azərbaycan İxracatçılar Klubunun logistika və sertifikatlaşdırma üzrə işçi qruplarının görüşü keçirilib

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə İxracatçılar Klubunun logistika və sertifikatlaşdırma üzrə işçi qruplarının ixracatçı şirkətlərlə görüşü keçirilib. Tədbirdə 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib.

Görüşdə müxtəlif məhsul növləri üzrə Avropa İttifaqı, Asiya və MDB ölkələrinə ixrac zamanı tələb olunan sertifikatlar, onların alınması prosedurları, məhsul ixracı zamanı xarici dövlət orqanları tərəfindən tələb olunan sənəd, rüsum və digər ödənişlər, həmçinin, Avropa və digər ölkələrə məhsulların daşınması zamanı tələb olunan sənədlər və daşınma zamanı şirkətlərin qarşılaşdığı texniki məsələlər barədə məlumat verilib. Yerli istehsalçılarla Azərbaycanda fəaliyyət göstərən logistika şirkətləri arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, İxracatçılar Klubu Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını yaratmaq məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi