​Azərbaycan İraq və Qətərə dondurma ixrac edir

​Azərbaycan İraq və Qətərə dondurma ixrac edir Azərbaycana isə dondurma əsasən Rusiya, Türkiyə və Litvadan idxal olunur
Biznes
16 İyul , 2015 10:21
​Azərbaycan İraq və Qətərə dondurma ixrac edir

Bakı. 16 iyul. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycandan 54,3 min ABŞ dollar məbləğində 23,7 ton dondurma və digər buzlu yeyinti məhsulları ixrac edilib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata əsasən, ixracın 30 min dolları (20,2 ton) İraq, 24,3 min dolları (3,5 ton) isə Qətərə həyata keçirilib. Bildirək ki, ötən ilin müvafiq dövründə isə analoji ixrac olmayıb.

Bu müddətdə ölkəyə dondurma idxalında isə azalma müşahidə olunub. Statistikaya əsasən, yanvar-may ayları ərzində Azərbaycana 196,4 min dollarlıq 76,3 ton dondurma və digər yeyinti buz növləri idxal olunub. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə idxalın məbləğində 1,3%, miqdarında isə 39,6% azalma qeydə alınıb. Belə ki, ötən ilin ilk 5 ayı ərzində idxal 198,9 min dollar məbləğində olmaqla 126,3 ton təşkil edib.

Azərbaycana dondurma idxalı əsasən Rusiya və Türkiyədən həyata keçirilir. Cari ilin ilk beş ayında həyata keçirilən idxalın 137,5 min dolları (49,4 ton) Rusiya, 45,4 min dolları (17,5 ton) Türkiyə və 13,5 min dolları (9,4 ton) Litvanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi