Azərbaycan-İran Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan-İran Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb Bakı. 15 mart. REPORT.AZ/ Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb. 
Biznes
15 Mart , 2018 11:39
Azərbaycan-İran Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb
Economy.gov.az

Bakı. 15 mart. REPORT.AZ/ Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev, İranın İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıb.

Anlaşma Memorandumunda iqtisadiyyat, ticarət, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, bankçılıq, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, gömrük və sərhəd, su və ətraf mühit, idman və gənclər, elm və təhsil, səhiyyə, mədəniyyət və turizm və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Sənəddə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığı bir daha vurğulanıb və hər iki ölkənin fiziki və hüquqi şəxslərinin fəaliyyətlərini bu prinsiplərə və milli qanunvericiliyə uyğun olaraq təmin etməsi də əksini tapıb.

Son xəbərlər

Orphus sistemi