Yuxarı
    Bağlamaq

    "Azərbaycan İpoteka Fondu" tender elan edib

    Tenderdə iştirak haqqı 150 manatdır

    Bakı. 8 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender keçirir. Bu barədə “Report” AİFə istinadən xəbər verir. 

    Məlumata görə, tenderdə iştirak haqqı 150 manatdır. Tender üzrə ilkin sənədlər bu il dekabrın 15-dək, tender zərfləri isə dekabrın 23-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. 

    Tender təkliflərinə dekabrın 26-ı, saat 15:00-da sözügedən ünvanda baxılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi