Nefçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün zəruri inventar və avadanlıqlar alınacaq

Nefçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün zəruri inventar və avadanlıqlar alınacaq “Azərbaycan İnvestisiya Şirkəti” bu məqsədlə keçirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb
Biznes
5 Noyabr , 2016 09:46
Nefçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün zəruri inventar və avadanlıqlar alınacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ “Azərbaycan İnvestisiya Şirkəti” ASC Nefçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün zəruri inventar və avadanlıqların satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, sorğuda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib və tender komissiyasının qərarına əsasən “Progress Construction” MMC qalib elan edilib.

Sözügedən şirkətlə satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" 2006-cı ildə, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Onun nizamnamə kapitalı 160 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi