“Azərbaycan İnvestisiya Şirkəti” keçirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb

“Azərbaycan İnvestisiya Şirkəti” keçirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb Neftlaça Rayon Mühafizə Bölməsi qalib elan edilib
Biznes
8 Dekabr , 2016 09:09
“Azərbaycan İnvestisiya Şirkəti” keçirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində mühafizə xidmətinin satın alınması ilə keçirdiyi kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender komissiyasının qərarına əsasən, Neftlaça Rayon Mühafizə Bölməsi qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" 2006-cı ildə, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Onun nizamnamə kapitalı 160 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi