Azərbaycan-İndoneziya biznes forumu Qubada keçiriləcək

Azərbaycan-İndoneziya biznes forumu Qubada keçiriləcək Tədbirdə iştirak etmək üçün İndoneziyadan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən onlarla sahibkarlar Azərbaycana gələcəklər
Biznes
1 May , 2017 17:11
Azərbaycan-İndoneziya biznes forumu Qubada keçiriləcək
Report .az

Bakı. 1 may. REPORT.AZ/ Qubada Azərbaycan-İndoneziya biznes forumu keçiriləcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, biznes forum mayın 3-də baş tutacaq.

Tədbirdə iştirak etmək üçün Azərbaycana İndoneziyadan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən onlarla sahibkar gələcək.

Biznes forum zamanı iki ölkə arasında işgüzar əlaqələrin artırılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi