Azərbaycan hökuməti daşınma xərclərinin azaldılması ilə bağlı təkliflər toplayır

Azərbaycan hökuməti daşınma xərclərinin azaldılması ilə bağlı təkliflər toplayır Nazir müavini Sahil Babayev: "Azərbaycan məhsullarının bazara çıxarılması üçün birgə səy göstərməliyik"
Biznes
10 Dekabr , 2015 16:42
Azərbaycan hökuməti daşınma xərclərinin azaldılması ilə bağlı təkliflər toplayır

Bakı. 10 dekabr. REPORT.AZ/ "Azərbaycanda daşınma xərclərinin aşağı salınması ilə bağlı şirkətlərdən təkliflər gözləyirik". "Report" xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun bu gün keçirilən II iclasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib. 

S.Babayev qeyd edib ki, daşınma xərclərinin azaldılması üçün Xəzər Dəniz Gəmiçiliyi ilə birgə fəaliyyət göstərmək vacibdir.

"İxracatçıların əsas qarşılaşdıqları problemlər sırasında sertifikatlaşdırma ilə bağlı məsələlər də var. Biz ixracatçıları ona görə dəvət etmişik ki, mənşə və keyfiyyət sertifikatları haqqında tam məlumat verək. Düşünürəm ki, bu sertifikatlarla bağlı bəzi dəyişikliklər edə bilərik. Hazırda bazarda çox böyük çətinliklər var. Azərbaycan məhsullarının bazara çıxarılması üçün birgə səy göstərməliyik", - nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi