Yuxarı

Azərbaycan Gürcüstandan yük maşını idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan yük maşını idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 844 ədəd yük maşını idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 5 784,8 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi yük avtomobillərinin sayı 466 ədəd və ya 2,23 dəfə artıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 2 634,2 min dollar dəyərində 378 ədəd yük maşını idxal edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi