Azərbaycan Gürcüstandan tütün məmulatlarının idxalını 3 dəfəyə yaxın azaldıb

Azərbaycan Gürcüstandan tütün məmulatlarının idxalını 3 dəfəyə yaxın azaldıb Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycan Gürcüstandan 1 191, 2 ton siqaret və tütün məmulatları idxal edib.
Biznes
19 Sentyabr , 2019 11:57
Azərbaycan Gürcüstandan tütün məmulatlarının idxalını 3 dəfəyə yaxın azaldıb

Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycan Gürcüstandan 1 191, 2 ton siqaret və tütün məmulatları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycana ixrac etdiyi tütün məhsullarının ümumi dəyəri 26 mln. 433,7 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi siqaret və tütün məmulatlarının həcmi 1 973,8 ton və ya 2,6 dəfə azalıb.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi istehsal olunan digər tütün məhsullarının həcmi 528 ton, dəyəri isə 6 665,5 min dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi