Azərbaycan Gürcüstandan avtomobil idxalını 2,4 dəfə artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2,4 dəfə artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 6 804 ədəd avtomobil idxal edib.
Biznes
19 İyun , 2019 11:14
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2,4 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 6 804 ədəd avtomobil idxal edib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 021 ədəd və ya 2,4 dəfə çoxdur.

Son 1 ildə qonşu ölkədən alınmış minik avtomobillərinin ümumi dəyəri isə 39,3% artaraq 74,676 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi