Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 221,1 ton dərman vasitələri idxal edib.
Biznes
19 Aprel , 2019 13:07
Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 221,1 ton dərman vasitələri idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İdxal olunan dərman preparatlarının ümumi dəyəri 8 mln. 145,1 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələrinin dəyəri 755,9 min dollar və ya 10,23% artıb, həcmi isə 119 ton və ya 34,9% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 7 mln. 389,2 min dollar dəyərində 340,1 ton medikament alıb. 

Son xəbərlər

Orphus sistemi