Gürcüstan Azərbaycandan sement idxalını artırıb

Gürcüstan Azərbaycandan sement idxalını artırıb Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 73 738,7 ton sement ixrac olunub.
Biznes
19 Aprel , 2019 12:59
Gürcüstan Azərbaycandan sement idxalını artırıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 73 738,7 ton sement ixrac olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan aldığı sementin ümumi dəyəri 4 mln. 173,4 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana ixrac olunmuş sementin həcmi 11 245,3 ton və ya 17,9%, məbləğ baxımından isə 965,2 min dollar və ya 30,1% çoxdur.

Ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 3 mln. 208,2 dollar dəyərində 62 493,4 ton sement alıb.

Son xəbərlər

Orphus sistemi