Azərbaycan-Gürcüstan regional biznes forumu keçiriləcək

Azərbaycan-Gürcüstan regional biznes forumu keçiriləcək Tbilisi. 15 noyabr. REPORT.AZ/ Azərbaycan və Gürcüstan arasında regional biznes forumun keçirilməsi nəzərdə tutulub.
Biznes
15 Noyabr , 2018 13:26
Azərbaycan-Gürcüstan regional biznes forumu keçiriləcək
0 : 00
0 : 00

Tbilisi. 15 noyabr. REPORT.AZ/ Azərbaycan və Gürcüstan arasında regional biznes forumun keçirilməsi nəzərdə tutulub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Nino Çikovani jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, biznes forumun noyabrın 20-də təşkil olunacağı gözlənilir: “Tədbirin Tbilisidə deyil, Gürcüstanın bölgələrinin birində keçirilməsi planlaşdırılıb”.

Qeyd edək ki, noyabrın 14-15-də Tbilisidə keçirilməsi planlaşdırılan VIII Beynəlxalq “Caspian Energy Forum Kvemo Kartli” tədbiri təxirə salınıb. İkigünlük tədbirin Tbilisi ilə yanaşı, azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli bölgəsində də keçirilməsi nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi