Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar edib

Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Noyabr , 2016 12:41
Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi