Azərbaycan gömrükçüləri ölkədən qanunsuz yolla valyuta çıxarılmasının qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkədən qanunsuz yolla valyuta çıxarılmasının qarşısını alıb Faktla bağlı araşdırma aparılır
Biznes
10 Noyabr , 2016 13:10
Azərbaycan gömrükçüləri ölkədən qanunsuz yolla valyuta çıxarılmasının qarşısını alıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, Bakı-Tbilisi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğuna görə, o, saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinazları olmaqla, cəmi 20 min dollar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi