Azərbaycan gömrükçüləri nağd pul və siqaret aşkar ediblər

Azərbaycan gömrükçüləri nağd pul və siqaret aşkar ediblər Hər iki faktla bağlı araşdırma aparılır
Biznes
6 Oktyabr , 2016 11:58
Azərbaycan gömrükçüləri nağd pul və siqaret aşkar ediblər

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5 000-lik, 615 ədəd 1 000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 mln. Rusiya rublu aşkar edilərək götürülüb.

Bu barədə "Report"a DGK-dən bildirilib.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər. İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatında “Tofaş” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib. Əməliyyat tədbiri nəticəsində maşın Biləsuvar rayonunun İmişli rayonuna tərəf çıxışında saxlanılıb və ona baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində cəmi 63 min ədəd “Manchester”, “D&J”, “Bıstoon”, “Mılano” və “MM” markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi